Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib 13.5.2019
Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib
Mayın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Vladimir Georgiyevlə görüşüb.
Dövlət Komitəsinin sədri qonağı ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun nəticəsində yaranmış humanitar problemlər barədə Vladimir Georgiyevə ətraflı məlumat verilib. Bildirilib ki, münaqişə 1 milyon 200 mindən çox qaçın və məcburi köçkünün doğma yurd-yuvasını tərk etməsinə səbəb olub və ölkəmiz ciddi sınaqlarla üzləşməli olub. Bununla belə, Azərbaycan dövləti mənəvi, fiziki və maddi məhrumiyyətlərə məruz qalan şəxslərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətininin prioritetlərindəndir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin və maddi təminatının yaxşılaşdırılması ilə bağlı Azərbaycanda görülən işlərin miqyası çox genişdir. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm xidmətləri vardır.
Dövlət Komitəsinin sədri ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətindən də söz açıb. Bu istiqamətdə BMqT-nin icra etdiyi layihələrin əhəmiyyəti qeyd edilib və minnətdarlıq bildirilib.
BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev səmimi qəbula görə təşəkkür edib, Dövlət Komitəsi ilə əməkdaşlığı bundan sonra da genişləndirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 
idpsCopyright © 2019
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az