Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib 30.11.2018
Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev noyabrın 30-da Quba rayonunda vətəndaşları qəbul edib.
Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlər, əsasən, mənzil, məşğulluq, vahid aylıq müavinət, statusun verilməsi və digər məsələlərlə bağlı olub. Məcburi köçkünlərin müraciətləri dinlənilib, onlara geniş izahat verilib.
Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin yeni mənzillə təminatı, maddi rifah halının yüksəldilməsi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıqlar uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsinin sürətləndirilməsi üçün göstəriş verib və icrasına şəxsən nəzarət edir.
Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.
Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.
 
 
idpsCopyright © 2018
STATE COMMITTEE ON
REFUGEES AND IDPS ISSUES
OF THE REPUBLIC OF AZERBAIJAN
The address of committee: Baku, Tbilisi Ave., 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Email: info@refugee.gov.az