Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub 19.11.2018
Dövlət Komitəsində italiyalı diplomat Mario Rafaelli ilə görüş olub
Noyabrın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Konfransının sabiq sədri, İtaliya xarici işlər nazirinin keçmiş müavini Mario Rafaelli ilə görüşüb.
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib 15.11.2018
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə qonaq gəlmiş Fransa Azərbaycan Dostları Assosiasiyasının nümayəndə heyəti noyabrın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Dövlət Komitəsində olub 14.11.2018
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Dövlət Komitəsində olub
Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə səfərə gəlmiş Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Assosiasiyanın baş katibi, Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və təşkilatın digər üzvləri ilə görüşüb.
Mətbuat xidmətinin məlumatı 13.11.2018
Mətbuat xidmətinin məlumatı
Noyabrın 13-də səhər Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında yanğın baş verib.
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub 13.11.2018
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
Noyabrın 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Qəbulu komitənin rəhbərliyi və məsul əməkdaşları aparıblar.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az