"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1595
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
Tədbirlər 19 İyun, 2019

İyunun 19-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisindəki “Qobu Park” yaşayış kompleksində Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və  fəallığa təşviqi” adlı festival keçirilib.

 

Festivalda məqsəd qaçqın və məcburi köçkün ailələrdən olan gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların ictimai fəallığını artırmaqdır.

 

Festivalın açılış mərasimində çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov  bildirib ki, qaçqınlar və məcburi köçkünlər cəmiyyətin həssas təbəqəsidir, onların sosial problemlərinin həlli dövlət siyasətinin prioritetlərindəndir.  

 

Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramında bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün nəzərdə tutulan tədbirlər ardıcıllıqla icra edilir.  Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir. Onların təhsil, səhiyyə və digər problemlərinin həllində Heydər Əliyev Fondu da fəal iştirak edir.

 

Bir daha xatırladılıb ki, dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslara qəbul olan məcburi köçkün abituriyentlər təhsil haqqı ödəməkdən azaddırlar. Hər il yüzlərlə gənc bu imtiyazdan istifadə edir. Məcburi köçkünlərin məşğulluğunun artırılması üçün son bir il ərzində Dövlət Komitəsinin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi köçkün qəsəbələrində üç dəfə əmək yarmarkası keçirib. Görülən işlərin nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 16 ildə 75 faizdən 12 faizədək azaldılıb.

 

Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov tədbirdə geniş təqdimatla çıxış edib. Məcburi köçkünlərə Fondun fəaliyyət istiqamətləri, gənclər üçün yaradılan imkanlar və onların faydalana biləcəyi proqramlar haqqında ətraflı məlumat verib.


Festival qəsəbədə məskunlaşan yeniyetmələr və gənclər arasında müxtəlif intellektual oyunların, əyləncəli yarışların keçirilməsi ilə yekunlaşıb.

 

Festival 10 gün müddətində Bakı və Gəncə şəhərlərində, Abşeron və Biləsuvar rayonlarında məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrdə davam etdiriləcək.

 

 

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib