Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib 3.6.2019
Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
İyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.
Dövlət Komitəsinin sədri qonağa ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətinin məqsəd və nəticələri, son vaxtlar həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.
Eyni zamanda, Azərbaycanın bir çox ölkələrə humanitar yardım göstərilməsi istiqamətində donorluq və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, bu gün beynəlxalq təşkilatlar tərəfindən ölkədə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr, onlara mənəvi dəstəkdir. Maddi dəyərindən asılı olmayaraq, BMT qurumları tərəfindən məcburi köçkünlərlə bağlı təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr yüksək qiymətləndirilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso qəbula görə minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
 
 
idpsCopyright © 2019
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az