"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1728
Sosial-iqtisadi tərəqqi Azərbaycanı mühüm beynəlxalq və regional layihələrin təşəbbüskarına və yeni donor ölkəsinə çevirib
Mətbuat xidmətinin məlumatı 08 May, 2019

Mayın 7-də Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşəbbüsü və təşkilatçılığı ilə BMT-nin Cenevrə Bölməsində “Humanitar donorluğun inkişafı və tərəfdaşlığın vacibliyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə keçirilən konfransı açan Azərbaycanın BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov çıxışında qeyd edib ki, bir çox ölkələrin və beynəlxalq qurumların qlobal miqyasda apardığı geniş humanitar fəaliyyət getdikcə inkişaf edir.

 

Çünki davam edən regional münaqişələr, məcburi miqrasiya böhranları, iqlim dəyişikliyi, təbii və texnogen fəlakətlər nəticəsində beynəlxalq ictimaiyyət yeni vəzifələrlə üzləşir. Apardığı uğurlu sosial-iqtisadi inkişaf nəticəsində Azərbaycan nisbətən qısa müddət ərzində yüksək insan inkişafı indeksi olan yuxarı orta gəlirli ölkəyə çevrilib. Bu tərəqqi də öz növbəsində, Azərbaycanı mühüm beynəlxalq və regional layihələrin təşəbbüskarına və humanitar fəaliyyət üzrə yeni donor ölkəsinə çevirib.

 

BMT-nin Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar tərəfdaşlıqlar üzrə müavini Rəşid Xalikov Baş katib Antonio Quterreşin konfrans iştirakçılarına müraciətini oxuyub. Müraciətdə BMT-nin Baş katibi tərəfdaş və donor ölkə kimi Azərbaycanın ehtiyacları olan insanlara ikitərəfli, eləcə də BMT və digər çoxtərəfli formatlar çərçivəsində göstərdiyi humanitar yardımı yüksək qiymətləndirərək, Azərbaycana təşəkkürünü ifadə edib. Daha sonra Rəşid Xalikov bu vacib tədbirin təşkil edilməsinə görə Azərbaycana təşəkkürünü bildirərək qeyd edib ki, humanitar böhranlar insanların həyatına təsir göstərir və bu böhranların fəsadlarına cavab verən Azərbaycanın dəyərli fəaliyyəti təqdirəlayiqdir. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi ilə Azərbaycan arasında əməkdaşlıqdan danışan Baş katibin müavini Yəməndə davam edən humanitar böhranla əlaqədar BMT tərəfindən hazırlanmış Humanitar Əməliyyatlar Proqramına Azərbaycanın göstərdiyi maliyyə yardımını xüsusilə vurğulayıb. Konfransın açılış sessiyasında çıxış etmiş Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın yeni donor olaraq bu sahədə həyata keçirdiyi fəaliyyətdən bəhs edib. O vurğulayıb ki, hazırda Azərbaycanın donorluq fəaliyyəti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Hökumətinin göstərdiyi səylərə paralel olaraq həyata keçirilir. Daha sonra iki sessiyada işini davam edən konfransda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Beynəlxalq Qırmızı Xaç Komitəsi, İslam Əməkdaşlıq Təşkilatı, Dünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanın çox qısa bir müddət ərzində yardımı qəbul edən ölkədən donor ölkəyə çevrilməsinin təqdirəlayiq olduğunu bildiriblər.

 

Onlar Azərbaycanın bir çox ölkələrə humanitar yardımın göstərilməsi istiqamətində oynadığı vacib rolu vurğulayıblar. “Dəyişməkdə olan humanitar vəziyyətdə donorluğun inkişaf perspektivləri” adlı birinci sessiyada çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov 90-cı illərdə ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində üzləşdiyi ağır humanitar vəziyyət zamanı BMT ilə əməkdaşlıqdan və bir çox ölkələrin Azərbaycana göstərdiyi humanitar yardımdan danışıb. O, hazırda Azərbaycanın özünün məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş genişmiqyaslı fəaliyyət apardığı, son illərdə məcburi köçkünlər üçün yeni qəsəbələrin salındığı və işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa edildiyi barədə məlumat verib. Həmin sessiyada, həmçinin mövzu üzrə Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzinin, Koreya Respublikası Xarici İşlər Nazirliyi yanında İnkişaf Yardımı Agentliyinin nümayəndələri və Haitinin Cenevrədəki BMT Bölməsi yanında səfiri bu ölkələrin donorluq sahəsində əldə etdikləri təcrübələrini konfrans iştirakçıları ilə bölüşüblər. “Humanitar ehtiyaclar və təhdidlər” adlı ikinci sessiyada çıxış etmiş bir sıra beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri apardıqları fəaliyyət haqqında məlumat veriblər.

 

Bu sessiyada Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) direktor müavini Aliyə Ağazadə AIDA-nın fəaliyyəti barədə danışaraq, agentliyin ehtiyacı olan ölkələrdə həm humanitar yardım, həm də inkişafa yardım sahələrində layihələr həyata keçirdiyini, eləcə də inkişafda olan ölkələrin tələbələrinin Azərbaycanın aparıcı universitetlərində təhsil aldıqlarını bildirib. Ümumiyyətlə, son illər ərzində Azərbaycan tərəfindən göstərilmiş humanitar yardımdan 89 dövlət və 2 milyondan çox insanın yararlandığı qeyd edilib.

 

Konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən AIDA tərəfindən nəşr edilmiş və Azərbaycanın donor ölkəsi kimi 2005-2018-ci illərdəki fəaliyyətini işıqlandıran kitabın təqdimatı keçirilib, konfrans iştirakçılarına AIDA-nın işi haqqında videofilm nümayiş etdirilib və fotosərgi təşkil edilib. Konfransda Cenevrədəki BMT Bölməsi yanında akkreditə olunmuş daimi nümayəndəliklər, BMT agentlikləri və qeyri-hökumət təşkilatlarından olan yüzdən çox nümayəndə iştirak edib.

 

 

09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur