"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1336
Dövlət Komitəsində görüş olub
Görüşlər 01 Aprel, 2019

Aprelin 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Aprel döyüşləri şəhidlərinin valideynləri və məcburi köçkün jurnalistlərlə görüş keçirilib.

 

Görüşdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər. Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüşün Aprel döyüşlərinin üçüncü ildönümünə təsadüf etdiyini, bu döyüşlərdə Azərbaycan ordusunun qazandığı zəfərin tarixi hadisə olduğunu, dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini bütün dünyaya göstərdiyini bildirib.

 

Şəhidlərin xatirəsi ehtiramla yad edilib.

 

Sonra Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində görülən işlər, bu kateqoriyadan olan vətəndaşların sosial prolemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

 

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. İndiyədək məcburi köçkünlər üçün 102 qəsəbə salınıb hazırda yeni yaşayış komplekslərinin inşası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yeni mənzillərin hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlərə birinci növbədə verilməsi barədə tapşırığı icra edilir. Bundan başqa, şəhid ailəsi, müharibə əlili və veteranı statusu olan məcburi köçkünlərin də mənzil probleminin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılır. Son vaxtlar Abşeron rayonu ərazisində və Sumqayıtda istifadəyə verilən yaşayış komplekslərində 200-dən çox məcburi köçkün olan şəhid ailəsi yeni mənzillə təmin olunub.

 

Şəhid valideynləri Seyfəddin Qurbanlı, Nigar Əzizzadə, Ziba Əsgərova bir gün əvvəl Dağlıq Qarabağın ərazisindəki Şıxarx qəsəbəsində Aprel şəhidlərinin şərəfinə keçirilən ağacəkmə aksiyasında iştirak etdiklərindən razılıqla söz açıb, belə bir təşəbbüsə görə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

 

Görüşdə İctimai Şuranın üzvləri Elşad Eyvazlı, Umud Mirzəyev, Emin Həsənli, məcburi köçkün jurnalistlərdən Günay Malikqızı, Zaur Əhməd, Elməddin Muradlı, Namiq Mailov, İmdad Əlizadə çıxış ediblər.

 

Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə bağlı məsələlərin KİV-də işıqlandırılması ilə bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib