"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1871
Dağlıq Qarabağda və Cocuq Mərcanlıda şəhidlərin şərəfinə ağacəkmə aksiyası keçirildi
Tədbirlər 01 Aprel, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə, əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş hərbçilərin şərəfinə ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov, keçmiş Tərtər özünümüdafiə batalyonunun komandiri Pənah Məmmədov və şəhid ailələri tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, dövlətimizin şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.

 

Qeyd edilib ki, üç il əvvəl möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı qüvvələrə ağır, sarsıdıcı zərbə vurub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atılıb. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi dəyərləndirib.

 

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri dövlət qurumlarının burada olan nümayəndələri və hərbçilərlə birlikdə ərazidə ağac tingləri əkdilər. Üstünə Azərbaycan bayrağı bərkidilmiş hər tingin qarşısında bir şəhidin şəklinin və bioqrafik məlumatlarının əks olunduğu lövhə yerləşdirilib.

 

Sonra tədbir iştirakçıları Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədəki klub-icma mərkəzində şəhidlərimizə ehtiram əlaməti olaraq verilən ehsan məclisində iştirak etdilər.

 

*** Eyni məqsədlə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində ağacəkmə aksiyası keçirilib. Yuxarıda adıçəkilən dövlət qurumları və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Lələtəpə yüksəkliyi istiqamətində ordumuzun uğurlu əks-həmlə əməliyyatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, həmin ərazilərdə hərbi xidmət keçən gənc əsgərlər, Cocuq Mərcanlı kəndinin sakinləri iştirak ediblər. Lələtəpə uğrunda döyüşlərdə həlak olmuş 22 şəhidin hər birinin adına kəndin girişində yolun kənarında çinar ağacı əkilib, onların yanında xüsusi məlumat lövhəsi yerləşdirilib və üzərinə Azərbaycan bayrağı bərkidilib.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib