"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1903
Sumqayıtda növbəti püşkatma keçirilib
Mətbuat xidmətinin məlumatı 27 Fevral, 2019
Azərbaycanda məcburi köçkünlərin problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edən Prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifah halının yüksəldilməsi üçün mühüm tədbirlər görür. Ölkə başçısının tapşırığına əsasən, zəruri infrastrukturla təmin edilmiş, müasir standartlara cavab verən qəsəbələr tikilərək istifadəyə verilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Bakı və Sumqayıt şəhərlərində ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkün ailələri yeni mənzillə ilk növbədə təmin edilir. Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində inşa edilmiş yeni yaşayış binaları kompleksindəki mənzillərdə məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb. Bununla əlaqədar olaraq, fevralın 27-də şəhərdəki N.Nərimanov adına Mədəniyyət Evində növbəti püşkatma keçirilib. Tədbirdə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Sumqayıt şəhər icra başçısının müavini, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Püşkatmada Sumqayıt mehmanxanasında müvəqqəti məskunlaşmış 120-ə yaxın məcburi köçkün ailəsinin nümayəndələri, mövcud qaydalar əsasında, onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdiriblər. Bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş kompleks 12 binadan ibarətdir. Burada eyni zamanda 21 saylı məktəbə əlavə olaraq, 540 şagird yerlik dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Yaşayış kompleksinin ərazisində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”