"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1393
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
Tədbirlər 15 Fevral, 2019

Məcburi köçkünlərin birbaşa yaşayış yerlərində hərtərəfli tibbi müayinəyə cəlb olunması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 15-də Bərdə rayonunda tibbi aksiya keçirilib. Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının yüksək ixtisaslı həkimləri Bərdə Müalicə Diaqnostika Mərkəzində məcburi köçkünləri müayinə edib, onların sağlamlıq vəziyyətini yoxlayıblar. Həkim briqadasının tərkibində cərrah, nevropatoloq, pediatr, oftalmoloq, nefroloq, kardioloq, travmatoloq və digər ixtisaslar üzrə ali dərəcəli 20-yə yaxın həkim olub. Müayinələr ödənişsiz əsaslarla aparılıb. Pasiyentlərə zəruri həkim məsləhəti verilib, diaqnoz qoyulub. Onlardan bəzilərinə daha dərin müayinə və ixtisaslı müalicə üçün Bakıya göndəriş verilib. Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli, o cümlədən yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsi üçün davamlı və təsirli tədbirlər görülür. Qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunmasına da hərtərəfli dövlət qayğısı göstərilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı, müntəzəm olaraq zəruri tibbi yardım almasına xüsusi həssaslıqla yanaşır. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə müasir tələblərə cavab verən tibb məntəqələri fəaliyyət göstərir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər şəhər və rayonlarda da bu cür tibbi aksiyalar keçirilməsi nəzərdə tutulub.

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib