"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1571
Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkiblər
Tədbirlər 14 Fevral, 2019

Fevralın 14-ü Azərbaycanda Hərbi Hava Qüvvələri Günü kimi qeyd edilir. Hərbi təyyarəçilərimiz ölkəmizin ərazi bütövlüyünün qorunmasında şücaət və qəhrəmanlıq nümunələri göstəriblər. İşğalçı Ermənistanın növbəti hərbi fitnəkarlığının qarşısının alınması məqsədilə 2016-cı ilin aprel ayında ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatına havadan dəstək verən hərbi helikopter heyətinin üç üzvü – baş leytenant Əbu Bəkir İsmayılov, mayor Təbriz Musazadə və mayor Urfan Vəlizadə qəhrəmancasına həlak olublar. Şəhid pilotlarımızın xatirəsini xalqımız əziz tutur. Ermənistanın təcavüzü nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən vaxtilə didərgin düşmüş məcburi köçkünlər məhz onların və silahdaşlarının hünəri sayəsində doğma yurda qayıtmaq, burada dinc yaşamaq və işləmək imkanı qazanıblar. Hərbi Hava Qüvvələri Günündə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları şəhid pilotların ailələrinə baş çəkib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin şanlı qəhrəmanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Hər üç pilotun ailələrinə məcburi köçkünlər adından minnətdarlıq bildirən əməkdaşlar onlara rəmzi xatirə hədiyyələri təqdim ediblər. Görüşlərdə belə bir fikir vurğulanıb ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad ediləcəyi, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdacağı gün uzaqda deyildir. Hərbi Hava Qüvvələrinin vətənpərvər şəxsi heyətini əlamətdar bayram münasibətilə təbrik edirik!

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib