Məktəblilərə gödəkçələr paylanıb 28.12.2018
Məktəblilərə gödəkçələr paylanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təsirli tədbirlər görür. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzindədir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşır, onların yeni mənzillərə köçürülməsinə, təhsilinə və sağlamlığına qayğı göstərir.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq, doğma yurdundan didərgin düşən həmvətənlərimizin aztəminatlı qisminin maddi ehtiyaclarının ödənilməsi üçün tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yerli icra hakimiyyəti orqanları nümayəndələirinin iştirakı ilə dekabrın 28-də Qubadlı, Zəngilan, Şuşa rayonlarının məktəblərində, həmçinin Qaradağ rayonunun “Qobu Park” yaşayış kompleksində yerləşən məktəbdə 1-4-cü siniflərdə təhsil alan şagirdlərə qış gödəkçəsi paylanılıb. Ümumi sayı 2900 ədəd olan gödəkçələr işçi heyəti məcburi köçkünlərdən ibarət “Qarabağ” fermer təsərrüfatında (Horadiz şəhəri), Mərdəkan Sənaye Kombinatında, Bakı Baza Sənaye Kombinatında və “Araz” İstehsal və Təlim Kombinatında (Sabirabad rayonu) tikilib.
Belə aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
 
 
idpsCopyright © 2019
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az