"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1737
Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri Dövlət Komitəsində olub
Görüşlər 14 Noyabr, 2018

Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə səfərə gəlmiş Fransadakı Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Assosiasiyanın baş katibi, Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və təşkilatın digər üzvləri ilə görüşüb. Komitə sədri Azərbaycanın Dostları Assosiasiyasının nümayəndə heyəti ilə bu ilin mayında keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, onun dəvətini qəbul edib yenidən Bakıya gəldiklərinə görə qonaqlara təşəkkürünü çatdırıb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının aradan qaldırılması, öz tarixi torpaqlarından didərgin düşən 1 milyondan çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həll edilməsi üçün dövlətimizin gördüyü tədbirlər haqqında ətraflı söhbət açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində bu məsələ prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərlə ilk növbədə təmin edilməsi isə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi nəzarətindədir və bu məqsədlə yaşayış kompleksləri inşa edilir. Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının vacibliyi vurğulanıb, bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsinin ciddi narahatlıq doğurduğu bildirilib. Azərbaycan dövlətinin işğaldan azad ediləcək ərazilərdə bərpa-quruculuq işlərinə hazır olduğunu diqqətə çatdıran komitə sədri 2016-cı ilin aprelində ordumuzun apardığı əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin dinc həyata qovuşduğunu, yerli sakinlərin geri qayıtmasına hər cür şərait yaradıldığını və onların kənddə inşa edilmiş evlərdə yerləşdirildiyini, məşğulluq məsələlərinin həlli üçün tədbirlər görüldüyünü xatırladıb. Vurğulanıb ki, Ermənistanın ərazi iddiası və işğalçılıq siyasəti barədə beynəlxalq ictimaiyyətin davamlı olaraq məlumatlandırılması və Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi vacibdir. Bu istiqamətdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin də fəallığı mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədri və Avropa birliyinin əsas ölkələrindən biri kimi Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ədalətli həllində fəal iştirakına böyük ümid bəslənilir. Assosiasiyanın prezidenti Jan-Fransua Mansel Bakıda və Cocuq Mərcanlıda məcburi köçkünlərlə görüşəcəklərini və onların taleyi barədə həqiqətləri Fransada ictimailəşdirəcəklərini bildirib. O qeyd edib ki, dünya ictimaiyyətinin münaqişə qurbanlarının taleyinə biganə qalması yolverilməzdir. Görüşdən sonra nümayəndə heyəti Yasamal rayonunda məcburi köçkünlərin müəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib