"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1155
Dövlət Komitəsində məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihə müzakirə edilib
Görüşlər 04 Oktyabr, 2018

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri ilə görüş olub. Görüşdə GİZ-in Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirməyi planlaşdırdığı layihə müzakirə edilib. Komitə sədrinin müavini Fuad Hüseynov ölkəmizdə məcburi köçkünlərlə iş üzrə dövlət siyasətinin əsas istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin, sosial təminatının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bununla belə, Ermənistanın təcavüzü və Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının, qaçqınların və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin aradan qaldırılmasında beynəlxalq təşkilatların dəstəyi mühüm əhəmiyyət kəsb edir. Komitə sədrinin müavini GİZ-in Azərbaycanda məcburi köçkünlərlə bağlı gördüyü işlərə görə təşəkkür bildirib. Layihənin növbəti mərhələsinin işğaldan azad olunacaq ərazilərdə gerçəkləşdiriləcəyinə inam ifadə olunub. GİZ-in nümayəndələri Dövlət Komitəsi ilə əməkdaşlıqdan razılıq edib, məcburi köçkün gənclərin və qadınların, həmçinin onların mənsub olduğu icmaların həyat keyfiyyətinin yaxşılaşdırılmasında layihənin təsirli rol oynayacağını bildiriblər. Qeyd edək ki, Azərbaycan və Gürcüstanda icra edilməsi nəzərdə tutulan layihə Cənubi Qafqazda məskunlaşmış məcburi köçkün və aztəminatlı əhalinin maddi rifahının yüksəldilməsinə yardım etmək məqsədi daşıyır. Layihənin büdcəsi 6 milyon avro təşkil edir. Layihə çərçivəsində şəxsi inkişaf, peşə təhsili üzrə qısamüddətli kurslar, sahibkarlıq və konkret sahələr üzrə 6-7 aylıq treninqlər keçirilməsi nəzərdə tutulur.

25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb