"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1608
Nidal Salim: Sərsəng su anbarı ilə bağlı problemin həlli üçün beynəlxalq ekspertlərdən ibarət komitə yaradılmalıdır
Mətbuat xidmətinin məlumatı 22 Dekabr, 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 22-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti əsasında ölkəmizdə səfərdə olan Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Nidal Salimlə görüşüb. Görüşdə Ermənistanın işğalçı siyasəti nəticəsində Sərsəng su anbarının bloklanması, ətraf ərazilərdə su ilə bağlı çətinliyin yaranması və digər problemlərin Dünya Su Şurasının gündəliyinə salınması mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Sərsəng su anbarı ilə bağlı problemin ölkəmiz üçün vacib məsələlərdən biri olduğunu qeyd edən komitə sədri Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktorunun bu səfərinin əhəmiyyətini xüsusi vurğulayıb. Baş nazirin müavini qeyd edib ki, Sərsəng su anbarı 1976-cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə tikilib. Onun ümumi sututumu 560 milyon kubmetrdir. Anbar Azərbaycanın 6 rayonunda 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə barədə danışan Əli Həsənov deyib: “Bu qətnamə həm ədalətlidir, həm də çox sərtdir. Sənəddə praktiki olaraq AŞPA Ermənistanı birmənalı şəkildə günahlandırıb. Sərsəng su anbarından Azərbaycan tərəfinə suyun keçməsinin qarşısının mütəmadi olaraq qəsdən alınması “ekoloji təcavüz” adlandırılıb. Həmin qətnamədə Ermənistanın bu əməllərinin 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydalarına tam zidd olduğu bildirilib. Qətnamədə tələb edilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmalıdır. Əgər su hövzəsindən istifadəyə görə insanlara məhdudiyyət qoyulursa, bu, qeyri-insani hərəkətdir”. Ermənilərin bu hərəkətlərinin təəccüb doğurmadığını bildirən komitə sədri diqqətə çatdırıb ki, Ermənistan dövlətinin bu gün yerləşdiyi ərazilər qədim Azərbaycan torpaqlarıdır. Vaxtilə Çar Rusiyası tərəfindən ermənilər Azərbaycan torpaqlarına yerləşdirildi və onlar üçün bizim ərazilərimizdə dövlət quruldu. Bu dövlətin hazırkı paytaxtı Yerevan da azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Hazırda orada bir nəfər də olsun azərbaycanlı yoxdur. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunaraq deyib ki, Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, torpaqlarımızın 20 faizi işğal edilib, bir milyon iki yüz min soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli-mədəni sərvətlərimiz talan edilib, bütün infrastruktur dağıdılıb. Diqqətə çatdırılıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. “Dünyada elə bir nüfuzlu beynəlxalq təşkilat qalmayıb ki, bu münaqişəyə münasibət bildirməsin. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib”, - deyə Əli Həsənov vurğulayıb. Azərbaycanın son illər əldə etdiyi nailiyyətlərdən danışan Əli Həsənov ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun rəhbərliyi ilə aparılan kompleks islahatlar, regionların inkişafına yönələn sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, neft strategiyası, düşünülmüş xarici siyasətin nəticələri, ölkəmizin beynəlxalq nüfuzu, sürətlə artan sosial-iqtisadi inkişafı, ölkə daxilindəki ictimai-siyasi sabitlik barədə məlumat verib. Qeyd edilib ki, bu gün Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə dünyanın diqqət mərkəzindədir. Azərbaycan bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Azərbaycanda bütün qeyri-millətlərin nümayəndələri əsrlər boyu yerli əhali ilə birgə sülh, əmin-amanlıq şəraitində yaşayıblar. Rəhbərlik etdiyi institutun əsasən su təhlükəsizliyi məsələləri ilə məşğul olduğunu qeyd edən Nidal Salim deyib ki, bu gün su təhlükəsizliyi çox ciddi siyasi məsələyə çevrilməkdədir. Ölkəmizə səfəri, keçirdiyi görüşlər barədə danışan qonaq qeyd edib ki, səfərinin əsas məqsədi birlikdə Sərsəng su anbarı ilə bağlı məsələnin strategiyasını hazırlamaqdır. Səfər çərçivəsində Tərtər rayonunda Sərsəng su anbarına yaxın ərazilərdə olduqlarını, burada sakinlərlə görüşdüklərini deyən qonaq bu problemin həlli yollarının tapılmasında beynəlxalq ekspertlərdən ibarət komitənin yaradılmasının vacibliyini diqqətə çatdırıb.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi